İranlı təhqiqatçı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin fəxri medalına layiq görüldü
İranın səhiyyə naziri müavini Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin fəxri medalına layiq görülüb.
İRNA-nın verdiyi məlumata görə, Tehran Tibb Universitetinin müəllimi və "Həzm Sistemi və Qara Ciyər Araşdırmalar Mərkəzi"nin sədri Dr.Rza Məlikzadə xərçəng xəstəliyi üzrə araşdırmalarına xüsusilə həzm sistemində xərçəng xəstəliyinin yaranması və yayılması səbəblərinin araşdırılması üzrə səylərinə habelə, İran İslam Respublikasında xərçəng xəstəliyi üzrə araşdırmaların aparılmasına şərait yaratmasına görə, Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin fəxri medalı ilə təltif edilib.
Dr.Rza Məlikzadənin araşdırmalarının mühüm nəticələri olaraq "İsti çayın mədə xərçənginin yaranmasındakı rolu" və " Tiryəkin xərçəng yaratması" əsərlərinə işarə etmək olar. Məlikzadənin hər iki əsəri beynəlxalq qeydiyyata alınıb.
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin direktoru Kristofer Vild bir məktubda Dr.Rza Məlikzadəni 2018-ci ilin əvvəllərində agentliyin Fransadakı qərargahına gəlməyə və ona verilən fəxri medalı almağa dəvət edib.