32-ci Beynəlxalq Elektrik Konfransı
-
32-ci Beynəlxalq Elektrik Konfransı
32-ci Beynəlxalq Elektrik Konfransı "Sənaye və Universitet arasında əməkdaşlıq" şüarı və "Milli və Regional Müstəvidə Böyük bir Beynəlxalq Konfrans" adı altında İranın energetika naziri və yerli rəsmilərin iştirakı ilə işə başlayıb.
Enerji resurslarının məhdud olması hazırkı dövrdə ciddi problemə çevrilib. Elektrik enerjisi ən mühüm pak enerjilərdən biri sayılır və İran kimi inkişaf etməkdə olan ölkələr üçün böyük əhəmiyyətə malikdir. Elektrik enerjisinin bir enerji qaynağı olaraq tanınması və onun digər enerjilər ilə müqayisədə ekoloji baxımdan təmiz olması elektrik enerjisi istehsalı sahəsində sərmayə qoyuluşunu artırıb.
"Təvanir"in icraçı direktoru Arəş Kordi məqsədyönlü əlaqənin yaradılması məqsədi ilə elektrik sənayesinin 32 illik səylərinin davam etməsinə işarə edib və deyib: Elektrin enerjisi sənayesində yeni texnologiyaların əldə edilməsi məqsədi ilə təsirli proqramlaşdırmalar üçün lazımi zəminin yaradılması və elektron şəbəkələrə nail olmaq bu konfransın əsas nailiyyətlərindən sayılır. İraq bazarı elektrik şəbəkəsinin bərpa edilməsi, infrastrukturların yaradılması, təmir edilməsi və saxlanılması baxımından faydalı və yaxşı bazardır. Çünki, İraqda həm siyasi, həm də mütəxəssis kadrların olması baxımından yaxşı əməkdaşlıq zəminləri mövcuddur.
Bu 3 günlük konfransda 210 məqalə şifahi, 98 məqalə isə broşur formasında təqdim edilib.
İranın Energetika Nazirliyinin başçısı Məhmudi də dünyada daha çox elektrik enerjisi istifadə edən ölkənin inkişaf etmiş ölkə olaraq tanındığına işarə edərək, deyib: Ölkənin regionda malik olduğu elektrik potensialı və digər məsələlər Yaxın Şərq, Orta Asiya və qonşu ölkələr ilə əməkdaşlıqlara imkan verir. Qarşıdan gələn 10 il ərzində 50 meqavat gücündə elektrik stansiyaları quraşdırılmalıdır. Bunun 20 min meqavatı bərpaedilən enerjilər hesabına təmin ediləcək. Elektrik sənayesi aktiv iqtisadi sahəyə çevrilməli və öz-özünü qidalandırmalıdır. Və zamanla siyasi məsələlərdən uzaqlaşmalıdır.