4-cü Məktəbdaxili İdman Olimpiadası Yarışlarının Açılış Mərasimi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i285676-4_cü_məktəbdaxili_İdman_olimpiadası_yarışlarının_açılış_mərasimi
4-cü Məktəbdaxili İdman Olimpiadası Yarışlarının Açılış Mərasimi təhsil naziri və 600-dən çox qız məktəblinin iştirakı ilə Tehranın Nuşirəvan Qızlar Məktəbində keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 24, 2017 17:21 Asia/Baku
  • 4-cü Məktəbdaxili İdman Olimpiadası Yarışlarının Açılış Mərasimi
    4-cü Məktəbdaxili İdman Olimpiadası Yarışlarının Açılış Mərasimi

4-cü Məktəbdaxili İdman Olimpiadası Yarışlarının Açılış Mərasimi təhsil naziri və 600-dən çox qız məktəblinin iştirakı ilə Tehranın Nuşirəvan Qızlar Məktəbində keçirilib.

Mütəxəssislər yaş dövründən asılı olmayaraq, qız və oğlan uşaqları üçün idmanın böyük önəm daşıdığını bildirirlər. Ümumiyyətlə idman bədənin ümumi inkişafında təsirli rola malikdir. İdman ruh yüksəkliyinə səbəb olmaqla yanaşı, fiziki sağlamlıq və münasib bədən quruluşuna malik olmaq üçün də təsirli vasitə sayılır.

Bu olimpiada məktəbdaxili imkanlardan istifadə edir və məktəblilər üçün nəzərdə tutulmuş əyləncəli idman növlərini  təbliğ edir.

Qız: Mən bir neçə ildir ki, skeyt idman növü ilə peşəkar şəkildə məşğul oluram. İdmanla məşğul olduğum zaman dərslərimi daha yaxşı dərk edirəm. Çox yaxşı əhval-ruhiyəm olur.

Qız: İdman hər halı ilə gözəldir. Xüsusilə virtual aləmin hamını passiv həyata sürüklədiyi indiki dövrdə idmana diqqət göstərilməlidir.

İranın təhsil nazirinin müavini Mehrzad Həmidi: Valideyn, müəllimlər, məktəb və xüsusilə idman müəllimləri üçün ən önəmli məsələ məktəblilərdə idmana olan marağı davamlı şəkildə artırmaqdır. Yaş, fiziki vəziyyət, inkişaf prosesi və maraq dairəsini nəzərə alaraq, uşaqlar üçün ən uyğun fəaliyyət növü müəyyən edilməlidir.

Gimnasitka Federasiyasının sədri Zəhra Dərgahi: Mən reabilitasiya mütəxəssisiyəm. Hərəkət yaşam üçün bir zərurətdir. Dərs kitabında yazır ki, hərəkət ed, yoxsa məhv olarsan. Bizim qızlarımız hərəkətsizlik təhlükəsi  ilə üz-üzədirlər. Təlim və Tərbiyə məktəblilərdə maraq oyatmaq və sağlam cəmiyyət qurmaq üçün təsirli bir təşkilat sayılır.

Təhsil naziri Seyid Məhəmməd Bəthayi bu günkü ictimaiyyətin ən ciddi problemlərindən birinin insanların fiziki sağlamlığı olduğunu qeyd edərək, deyib: Bu məsələ xüsusilə yeniyetmələr və gənclər arasında geniş yayılıb. Əlbəttə, bu problem qızlar arasında daha ciddidir.