Hamilton qələbəsini qətiləşdirməyə çalışır
-
Formula 1
Hamilton 17-ci mərhələnin fatehi olaraq fəslin çempionu adına bir qədər də yaxınlaşıb; Mersedes isə 2017-ci ilin çempionu olub
Formula 1 yarışlarının hazırkı mövsümünün 17-ci mərhələsi Mersedes komandasının Britaniyalı pilotu Luis Hamiltonun qələbəsi ilə başa çatıb. Bununla da Hamilton reytinq cədvəlində birinciliyini qoruyaraq, hazırkı fəslin çempionu adına bir qədər də yaxınlaşıb.
Hamilton ABŞ-ın Texas Ştatında, Auistin motodromunda keçirilən yarışlarda təyin edilmiş 56 dövrü rəqiblərindən öncə başa vuraraq, birinci olub. Ferrari komandasından Alman pilot Sebastiyan Fetel isə yarışı ikinci yerdə bitirib. Fetelin komanda yoldaşı olan Finlandiyalı Kimi Raykonen isə yarışı 3-cü yerdə başa vurub.
Beləliklə, Formula1 yarışlarının hazırkı mövsümünün 17-ci mərhələsinin sonunda Hamilton “Austin” motodromundakı 5-ci qələbəsini qeyd etməklə yanaşı xallarının sayını 331-ə çatdırıb. Bununla da Hamilton 265 xal ilə onu təqib edən rəqibi Sebastyan Fetel ilə fasiləsini 66 xala çatdırıb. Valteri Butas isə 244 xal ilə ümumi reytinq cədvəlində üçüncüdür.
Bununla da Hamilton Meksikada keçiriləcək yarışlarda ilk 5-lik arasında yer almış olarsa, çempionluğunu qətiləşdirmiş olacaq.
Komandalara gəldikdə isə Mersedes 565 xal ilə hazırkı fəsl üçün çempionluğunu qətiləşdirib.