Karate üzrə dünya çempionatında iranlı idmançılar 4 medal qazanıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i285828-karate_üzrə_dünya_çempionatında_iranlı_idmançılar_4_medal_qazanıblar
İran İslam Respublikası karateçiləri İspaniyada keçirilən çempion yarışlarının 3-cü günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 28, 2017 13:39 Asia/Baku
  • Karate üzrə dünya çempionatında iranlı idmançılar 4 medal qazanıblar
    Karate üzrə dünya çempionatında iranlı idmançılar 4 medal qazanıblar

İran İslam Respublikası karateçiləri İspaniyada keçirilən çempion yarışlarının 3-cü günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

İRNA-nın verdiyi məlumata görə, gənclər üzrə 76 kq-ın altında çəki dərəcəsində İranı təmsil edən Barbod Sədaqət İspaniyanın Tenerif şəhərində keçirilən karate üzrə 10-cu dünya çempionatının 3-cü günündə qızıl medal qazanıb. 

76 kq-ın üstündə çəki dərəcəsində isə Məcid Neku Hemmət gümüş medal əldə edib. 

61 kq-ın altında çəki dərəcəsində bürünc medalı isə Qasım Xubru əldə edib. 

İranlı qız komandası da bir bürünc medal qazanıb və İran İslam Respublikası komandasının İspaniya çempion yarışlarında əldə etdiyi medalların yekun sayı 6-a çatıb. 

Yarışların ilk günündə(çərşənbə) gənclərin fərdi Katay üzrə Hədisə Camal, yeniyetmələrin fərdi katay üzrə Əhməd Mahmudi bürünc medallar qazanmışdılar. 

İranın milli yığması karate üzrə dünya çempionatında yeni yetmə, gənclər və ümid bölmələrində qız və oğlanlar üzrə fərdi kataya qatılıb. 

İspaniyada keçirilən karate üzrə 10-cu çempion yarışlarında 109 ölkədən 1700 idmançı iştirak edir. Yarışlar oktyabrın 29-da yekunlaşacaq.