Tehran Tibb Universitetinin Əhatəli Preklinik Laboratoriyası
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i286091-tehran_tibb_universitetinin_Əhatəli_preklinik_laboratoriyası
İranın yerli elm təməlli şirkətləri Əhatəli preklinik klinikasının müasir avadanlıq və təchizatlarını dizayn və istehsal etmişlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 03, 2017 18:21 Asia/Baku
  • Tehran Tibb Universitetinin Əhatəli Preklinik Laboratoriyası
    Tehran Tibb Universitetinin Əhatəli Preklinik Laboratoriyası

İranın yerli elm təməlli şirkətləri Əhatəli preklinik klinikasının müasir avadanlıq və təchizatlarını dizayn və istehsal etmişlər.

Bu dəfə Tehranın Tibb Elmləri Universitetinin yenicə təsis olunmuş preklinik laboratoriyasına baş çəkdik. Bu məkanda İranın tədqiqatçıları sağlamlığın ilkin araşdırmalarını insan üzərində yoxlamadan öncə, kiçik heyvanlar üzərində aparırlar.

Preklinik laboratoriyanın direktoru Məhəmməd Rza Ay deyib: Bura ölkənin ilk preklinik laboratoriyasıdır, çox yüksək əhəmiyyət kəsb edir. Çünki biz burada texnologiyanı əvvəldən hazırlayıb quraşdırmışıq, tədqiqatçılar istifadə edirlər. Tədqiqatçıların ehtiyaclarına əsasən, quraşdırmaları yeniləyir və avadanlıqların kadrlarını daha da yaxşılaşdırırıq. Beləliklə yeni metodları əldə edirik.

Müalicə metodlarının araşdırılması və təsirindən əlavə, bu araşdırmalar əczaçılıq sənayesini də diqqət mərkəzində saxlayır.

Laboratoriyanın direktor müavini Ehsan Şərif deyib: Kadrları lentə ala bilirik. Canlı şəkildə anlayırıq ki, vurduğumuz dərmanlar, hər hansı dərman, protein ola bilər, kimyəvi dərmanlar ola bilər, hüceyrə müalicəsi ola bilər, misal üçün bu hüceyrə müalicəsi dərmanının hara getdiyini görə bilərik, hansı hüceyrələr və hissələrlə əlaqədə olduqlarını görə bilərik.

Laboratoriyanın direktor müavini Hüseyn Qədiri deyib: Əsaslı tibbi araşdırmaların əsasını qoymaq qərara alınmışdır. Elm səviyyəsində araşdırmaların aparılması istiqamətində, dünyada elm istiqamətində hərəkət edilməsi qərara alınıb.

Təbiət elmləri, tibbi mühəndislik fakültələrinin bütün araşdırmaçıları və sağlamlıq sahəsində araşdırma aparan hər bir şəxs bu laboratoriyanın qonaqlarından ola bilər.

Laboratoriya mühəndisi deyib: Üç avadanlıq nüvə tibbinin tam dəstini təşkil edir. CT-Scan aparatımız vardır, iki optikal UGM varımızdır, Ultra-Son aparatımız var.

Laboratoriyanın tibbi kadrının sözlərinə görə, yeni bir dərmanı istehsal etmək istəyiriksə, birbaşa insan üzərində yoxlaya bilmərik. Kiçik modellər üzərində, misal üçün siçan və səhra siçanları üzərində yoxlayırıq. Fizioloji baxımdan müəyyən qədər insana bənzərliyi olduğuna görə, yeni dərmanları onların üzərində sınaqdan keçiririk. Xərçəng xəstəliyi kimi simulyasiya olunmuş modelləri onlarla birləşdirə bilirik.