İranlı qızlar stolüstü tennisdə qızıl medala layiq görüldülər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i287235-İranlı_qızlar_stolüstü_tennisdə_qızıl_medala_layiq_görüldülər
Portuqaliyada keçirilən stolüstü tennis üzrə Dünya Open Kubokunda iranlı qızlar qızıl medal qazanıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2017 06:14 Asia/Baku
  • İranlı qızlar stolüstü tennisdə qızıl medala layiq görüldülər
    İranlı qızlar stolüstü tennisdə qızıl medala layiq görüldülər

Portuqaliyada keçirilən stolüstü tennis üzrə Dünya Open Kubokunda iranlı qızlar qızıl medal qazanıblar.

İSNA-nın məlumatına görə, Fatimə Cəmalifər və Məhşid Əştəridən ibarət İranın iki nəfərlik komandası turnirin finalında ev sahibi yığması ilə qarşılaşıb. Maraqlı keçən oyun iranlı qızların qələbəsi ilə başa çatıb. 

İranın gənc qızlardan ibarət yığması yarım finalda Hollandiya yığmasını məğlub etmişdi. 

Əmin Əhmədian və Əmirrza Abbasinin təşkil etdiyi İranın oğlanlardan ibarət yığma komandası isə turnirdə gümüş medala layiq görülüb. 

Stolüstü Tennis üzrə Dünya Open Kuboku müxtəlif yaşlar çərçivəsində çərşənbə günündən Portuqaliyada start götürüb və şənbəyə qədər davam edəcək.