"XI Gülüstan", Şəhid Əli Çitsazianın həyat yoldaşının xatirələri
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i287741-xi_gülüstan_Şəhid_Əli_Çitsazianın_həyat_yoldaşının_xatirələri
"XI Gülüstan" müharibənin ürəyində sakit bir aşiqlikdir. Belə ki, son vaxtlar müxtəlif dillərə, o cümlədən latın əlifbasında azəbaycancaya tərcümə olunmuş və məqsəd ölkələrdə paylanmışdır. Bu kitabı azərbaycancaya tərcümə edən Zəhra Hüseynovanın qənaətincə, "XI Gülüstan" kitabını tərcümə edərkən onunla yaşamışdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2017 18:04 Asia/Baku
  • "XI Gülüstan", Şəhid Əli Çitsazianın həyat yoldaşının xatirələri

"XI Gülüstan" müharibənin ürəyində sakit bir aşiqlikdir. Belə ki, son vaxtlar müxtəlif dillərə, o cümlədən latın əlifbasında azəbaycancaya tərcümə olunmuş və məqsəd ölkələrdə paylanmışdır. Bu kitabı azərbaycancaya tərcümə edən Zəhra Hüseynovanın qənaətincə, "XI Gülüstan" kitabını tərcümə edərkən onunla yaşamışdır.

General şəhid Əli Çitsazian 1341-ci günəş ili, 1962-ci ildə Həmədanda dünyaya göz açıb. Elan olunmamış müharibənin başlanması ilə informasiya və əməliyyat bölməsinin məsulu kimi parlaq fəaliyyət göstərdi. Nəhayət 1366-cı il 4 azərdə, 1987-ci il 25 noyabrda kəşfiyyat əməliyyatını keçirərkən şəhidlik məqamına yüksəldi. 

"XI Gülüstan" müharibənin ürəyində sakit bir aşiqlikdir. Həmədan vilayətinin şəhid generallarından Əli Çitsazianın həyat yoldaşı Zəhra Pənahirəvanın xatirələrini əks etdirir. Əsərin müəllifi Zərrabizadə yeni metodlardan istifadə edərək yazısında fərqli atmosferi yaratmağa çalışır. "XI Gülüstan"  Müqəddəs Müdafiə şəhidinin başqa bir simasını göstərir. Evində həyat yoldaşı ilə mehriban olan kişi evdən çöldə İmam Xomeyninin (rə) bəsiclərindən biri kimi müharibə 20 ildə davam edərsə, yenə də cəbhədə olmalıdır. Pənahirəva övladını həyat yoldaşının şəhid olmasından sonra dünyaya gətirən şəhid ailələrindən biridir. 

Şəhidin həyat yoldaşı Zəhra Pənahirəva deyib: Mən xatirə yazan deyiləm, xatirə yazmaq çox çətin işdir. Xatirələr sənədli və reallığa əsasən olarsa, daha diqqətli olmaq lazımdır ki, reallıqdan uzaqlaşmayasan. Keçmişdə mənə şəhid həyat yoldaşımın xatirələrini yazmaq üçün təkliflər olunmuşdu. Lakin bu işə çox da razı deyildim. Lakin bu dəfə xanım Zərrabizadə ilə tanış oldum. Bu qənaətə gəldim ki, bu xatirələri yazmaq və qeydə almaq gələcək nəsil üçün faydalı ola bilər. Biz bu xatirələri bəyan etməklə şəhid Çitsazianın başqa bir simasını ictimaiyyətə tanıtdıra bilərik. Beləliklə şəhidlə birgə həyatımın xatirələrini danışmaqla razılaşdım. Bu kitab tanışlığımız, izdivac, birgə həyatımızın müxtəlif hissələrini, həmçinin onun həyatının müxtəlif dövrlərini əks etdirir və hətta onun şəhadətindən sonra mənim və övladımın həyatının müxtəlif cəhətlərini göstərir. 

Şəhidin övladının tərbiyəsi barədə həmişə xüsusi təkidi vardı. Öz vəsiyyətnaməsində yazmışdı ki, övladım qız olarsa, Həzrət Zeynəb kimi böyüt, övladım oğlan olarsa, onu İmam Hüseynlə tanış et, mən onun şəhadətindən sonra övladımı dünyaya gətirdim və adını Əli qoydum. 

Şəhid Çitsazianın həyat yoldaşı öz xatirələr kitabının adı ilə əlaqədar deyib: "XI Gülüstan" mən və şəhid Çitsazianın Dezfuldakı həyatının bir neçə aylığına aiddir. Kərbəla 5 əməliyyatda Dezful rayonlarından biri Əli ağa ilə birlikdə yaşayırdıq və "XI Gülüstan" adlı küçə vardı. Əslində mən və Əli ağanın həyatının ən yaxşı və ən maraqlı anları orada baş verdi və elə buna görə, kitab "XI Gülüstan" adlandı. 

O Müqəddəs Müdafiə sahəsində kitablara toxunub və deyib: Demək olar ki, keçmişdə xatirə yazanların əksəriyyəti müharibənin sərt cəhətinə diqqət yetirirdi və şəhid ailələri və həyat yoldaşlarına çox önəm verilmirdi. Lakin hal hazırda yazarlar şəhid ailələrinə daha çox önəm verirlər. Bu, alqışalayiq hərəkətdir. Müharibə illərində şəhid ailələrinə dəstək, döyüşçülərin övladlarına dəstək olmasaydı, onlar bu məsələdə öz rollarını yaxşı şəkildə oynaya bilməzdilər. 

Pənahirəva xatırladıb: Arzularımdan biri budur ki, gənc nəsili kitaba və kitab oxumağa sövq edə bilək və kitab oxumaq mədəniyyətini gənclər arasında rövnəq edək. Texnologiya və virtual aləmin gənc nəsli kitab və kitab oxumaq mədəniyyətini zəiflətməsini nəzərə alaraq, məsul şəxslər bu potensialdan daha yaxşı istifadə etməli və bu şəraiti gənc nəslin xeyrinə istifadə etməlidirlər. 

Pənahirəva İnqilab Rəhbərinin yüksək məqamına toxunub və deyib: Mənim üçün böyük fəxr idi ki, bu kitaba İmam Xameneiyə tərif yazmışdır və imamla xüsusi görüşümüz oldu. Oğlum Əlini qucağına aldı. Bu önəmli görüşü şəhidin qanına borcluyuq. 

İnqilab Rəhbərinin şəhid Əli Çitsazianın həyat yoldaşının xatirələri "XI Gülüstan" kitabına  yazdığı tərifi belədir: Allahın salamı və rəhməti əziz şəhid Əli Çitsaziana olsun, o şəhidin həyat yoldaşına salam olsun, bu kitabın öhdəlikli yazarına təşəkkürlər. Seyid Əli Xamenei

"XI Gülüstan" son vaxtlar müxtəlif dillərə, o cümlədən latın əlifbası ilə azərbaycancaya tərcümə olunmuş və məqsəd ölkələrdə paylanmışdır. Zəhra Hüseynova bu kitabı azərbaycancaya tərcümə edib. Onun qənaəticə, "XI Gülüstan" kitabını tərcümə edərkən onunla yaşamışdır. 

Zəhra Pənahirəvabu hadisədən çox məmnundur, həyat xatirəsinin azərbaycanlı tərcüməçisi ilə görüşməyi səbirsizliklə gözləyir. O Hüseynova ilə ilk görüşündə deyib: Necə də gənc, necə də istəkli, necə də emossional. Heç vaxt bu görüş anlarını unutmayacağam. 

Sizin bu əsərin əsas şəxsiyyətləri haqqındakı açıqlamanızı oxudum. Yazmışdınız: Onlar Kərbəla məktəbində ən yuxarı qiyməti alan şagirdlər idilər. İnşallah şəhid, həmişə sizi qoruyacaq, sizi mühafizə edəcək.