İran ağırlıqqaldırmada qızıl medal qazandı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i288389-İran_ağırlıqqaldırmada_qızıl_medal_qazandı
Meksikada keçirilən əlilllərin ağırlıqqaldırma üzrə dünya çempionatında İranın ağırlıqqaldırma komandası daha bir qızıl medal qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2017 07:19 Asia/Baku
  • İran ağırlıqqaldırmada qızıl medal qazandı

Meksikada keçirilən əlilllərin ağırlıqqaldırma üzrə dünya çempionatında İranın ağırlıqqaldırma komandası daha bir qızıl medal qazanıb.

Meksika paytaxtında keçirilən əlillərin ağırlıqqaldırma üzrə Dünya Çempionatının dördüncü günündə 80 kq çəki dərəcəsində İran təmsilçisi 227 kiloqram rekorda imza ataraq qızıl medal və çempionluq titulunu qazanıb. 

İranın ağırlıqqaldırma komandası Dünya Çempionatının dördüncü gününün sonuna qədər 2 qızıl, 2 gümüş və bir bürünc medal qazanmış və üçüncü yerə yüksəlmişdir. İran yığması 14 idmançı ilə bu beynəlxalq turnirə qatılıb. 

Əlillərin Ağırlıqqaldırma üzrə Dünya Çempionatı 2-8 dekabrda Meksikada keçirilir.