Tiflisdə İran film festivalı keçirilib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i288675-tiflisdə_İran_film_festivalı_keçirilib
Tiflis Dövlət Universitetində 500 nəfərlik zalda hər gecə bir İran kinosunun ekran olunması Gürcüstanda yaşayan iranlılar və İran filmləri ilə maraqlananların diqqətini cəlb edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 08, 2017 16:55 Asia/Baku
  • Tiflisdə İran film festivalı keçirilib

Tiflis Dövlət Universitetində 500 nəfərlik zalda hər gecə bir İran kinosunun ekran olunması Gürcüstanda yaşayan iranlılar və İran filmləri ilə maraqlananların diqqətini cəlb edib.

İRİB-in Bakıdakı nümayəndəliyinin İran İslam Respublikasının Gürcüstandakı səfirliyinə istinadla verdiyi məlumata görə, bu festivalda ekran olunan "Nərgiz fəsli", "Böyürtkən", "Yuxu damarı" və "Sara və Ayda" filmlərinə şamil olur.

"Nərgiz Fəsli" filminin rejissoru xanım Nigar Azərbaycani, "Böyürtkən" filminin rejissoru Saman Salvər, "Böyürtkən" filminin baş rol aktrisası xanım Səmira Həsənpur festival keçirildiyi müddətdə kinoteatrda olublar.

Bu festivalın açılış mərasimində İranın Gürcüstandakı səfiri Qəvam Şəhidi İran və Gürcüstanın sivilizasiya və mədəniyyət sahəsi haqda deyib: İki ölkə arasında dəyərli mədəniyyət bünövrəsi vardır və iki ölkənin mədəniyyət üzrə rəsmiləri kino sahəsində də yaxşı əməkdaşlıqlar edə bilərlər.

İran İslam Respublikasının Gürcüstandakı səfirliyinin mədəniyyət attaşesi Muctaba Kamranfərd də bu mərasimdə İran kinosunun Orta Asiya və Qafqaz bölgəsindəki təsir qüdrətindən söz açıb və deyib: İran kinosunu dünya kinosundan ayıran nüans ictimai dəyərlərə xüsusi önəmin verilməsidir. İran filmləri bir çox beynəlxalq festivallarda iştirak edib və dəyərli mükafatların qalibi olmuşdur.