İran və Avstriya incəsənət əməkdaşlığının inkişafını vurğulayıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i317546-İran_və_avstriya_incəsənət_əməkdaşlığının_inkişafını_vurğulayıblar
İranın islami mədəniyyət və irşad nazirinin incəsənət məsələləri üzrə müavini və Avstriya xarici işlər nazirinin mədəniyyət məsələləri üzrə müavini ikitərəfli mədəniyyət və incəsənət həmkarlıqlarının genişləndirilməsini vurğualyıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 14, 2018 16:01 Asia/Baku
  • İran və Avstriya incəsənət əməkdaşlığının inkişafını vurğulayıblar
    İran və Avstriya incəsənət əməkdaşlığının inkişafını vurğulayıblar

İranın islami mədəniyyət və irşad nazirinin incəsənət məsələləri üzrə müavini və Avstriya xarici işlər nazirinin mədəniyyət məsələləri üzrə müavini ikitərəfli mədəniyyət və incəsənət həmkarlıqlarının genişləndirilməsini vurğualyıblar.

İranın islami mədəniyyət və irşad nazirinin incəsənət məsələləri üzrə müavini Seyyed Moctəba Hoseyni və Avstriya xarici işlər nazirinin mədəniyyət məsələləri üzrə müavini xanım İn Cin Tehranda İran-Avstriya simfonik orkestrinin konserti kənarında ikitərəfli həmkarlıqların inkişaf yollarını araşdırıblar.

İran-Avstriya simfonik orkestrinin konserti İranda Avstriya mədəniyyət cəmiyyətinin təsis edilməsinin altmışıncı ildönümü münasibətilə Tehranın Vəhdət sarayında keçirilib.

Tehranda səfərdə olan Avstriya xarici işlər nazirinin mədəniyyət məsələləri üzrə müavini xanım İn Cin iyulun on birində də İranın islami mədəniyyət və irşad naziri Seyyed Abbas Salehi ilə görüşübdür.