İranlı ağır atlet gənclərin dünya çempionatında üçüncü olub
İranın 102 kiloqram çəki dərəcəsində yarışan nümayəndəsi ağır atletika üzrə gənclərin dünya çempionatında üçüncü olubdur.
Əmir Əzizi bu gün bir hərəkətdə 165 kiloqram ağırlıq qaldıraraq, bürünc medal almağa müvəffəq olubdur.
Əzizi həmçinin iki hərəkətdə 195 kiloqram ağırlıq qaldıraraq, bürünc medal alıbdır.
İranın superağır çəkidə yarışan ştangisti ümumi göstəricidə də bürünc medala layiq görülübdür. Onun bu sahədəki göstəricisi 360 kiloqram olubdur.
Gürcüstan və Belarus ağırlıqqaldıranları 102 kiloqram çəki dərəcəsində birinci və ikinci olublar. İranın bu çəki dərəcəsində yarışan digər ağır atleti Əli Qasemi isə dördüncü yer ilə kifayətlənibdir.
Ağır atletika üzrə gənclərin 2019-cu il dünya çempionatı iyunun ikisindən səkkizinədək 48 ölkədən 248 idmançının iştirakı ilə Fici ölkəsinin Suva şəhərində keçirilməkdədir.
Bundan öncə də İranın 89 kiloqram çəki dərəcəsində yarışan nümayəndəsi bütövlükdə 348 kiloqram ağırlıq qaldıraraq, gümüş medala layiq görülübdür.