İranın gənc ştangistləri dünya çempionu oldular
-
İranın gənc ştangistləri dünya çempionu oldular
İranın gənclərdən ibarət ağırıqqaldırma komandası dördüncü il dalbadal dünya çempionu olub.
İranın gənclərdən ibarət ağırıqqaldırma komandası iki qızıl, 4 gümüş və 9 bürünc medal və 622 xal qazanaraq, dördüncü il dalbadal dünya çempionu olub.
Yarışların bu mərhələsində İran, Amerika və Yaponiya komandaları tam tərkib və on nəfərlə iştirak ediblər.
İranın gənclərdən ibarət ağırıqqaldırma komandası bundan öncə 2016-cı il Gürcüstan, 2017-ci il Yaponiya və 2018-ci il Özbəkistan dünya çempionatlarında üç dəfə dalbadal dünya çempionluğunu əldə etmişdi ki, bu gün də 2019-cu il Fici dünya çempionatında dördüncü dəfə üçün bu adı özünə aid etdi.
2019-cu il Fici dünya çempionatı iyunun 2-dən 8-dək 48 ölkədən 248 idmançının iştirakı ilə Fici ölkəsinin Suva şəhərində keçirilib.