Su əsaslı emulsiya rezini istehsalının inhisarı sındırılıb
İranın Cəhar Məhal və Bəxtiyari vilayətindəki mütəxəssislərin bacarıqlı əlləri ilə su əsaslı emulsiya rezini istehsalının inhisarı sındırılıb.
İstehsala rövnəq ilində və zalmcasına sanksiyaların şiddətlənməsinin ardınca Cəhar Məhal və Bəxtiyari vilayətində gənc iranlı sənaye işçilərinin təşəbbüsü ilə su əsaslı rezin yapışqan istehsalı yerliləşdirildi.
Müsahibə(kişi): Kağızqayırma sənayesi, beton sənayesi, xalça və moket sənayesi, parça çapı sənayesində geniş istifadələrə malikdir.
Bu yapışqan və rezin hamıdan çox İran moketini ürəyəyatan edibdir.
Müsahibə(kişi): O tərəfdə istehsal olunan yapışqan buraya gəlir. Hazırlanma etaplarını keçir, moketin arxasına vurulur və moket yuyulma qabiliyyətinə malik olur.
Qərblilər zavoda olan öz satış öhdəliklərini yerinə yetirməkdə sədaqətsizlik ediblər. İran məhsulu düzəltmək ideyası iranlı gəncin zehnində tumurcuq bağladı.
Müsahibə(kişi): 2009-cu ildə bu şirkətin taftinq bölməsi işə başlayarkən bu yapışqan və lateksi Belçika, Almaniya və bəzən də Koreyadan idxal edərdik. Bu sahədə bir çox problemə malik idik.
Ölkədə yeganə su əsaslı rezin istehsalı obyekti özünün gündəlik 70 ton məhsulunu da daxili istehlak üçün təmin edir. Həm də xarici müştərisini tapıbdır.
Müsahibə(kişi): Türkiyəyə ixracata malik idik ki, təsdiq olundu və hazırda da ayda təqribən 20 ton məhsul tələbinə malikdirlər.
Müsahibə(kişi): Əfqanıstana, İraqa, sabiq sovet respublikalarına nümunə göndərdik və satış üçün təsdiqnaməmiz də vardır.
İnvestor iş başına gələr, hökumət də onun üçün xammalı təmin edərsə, uğur qazanılacaqdır.
Müsahibə(kişi): Həyata keçirdiyi ixracata əsasən, ildə ölkədə təqribən 25 milyon dollar valyuta qənaətinə səbəb olur.
Daxili ixtisasa söykənmə, iranlı gənci də işlə təmin edibdir.
Müsahibə(kişi): Təqribən altmış qüvvə birbaşa və dolayısı ilə bu sexdə işləyir.
Bu istehsal obyektinin işçiləri yaxın gələcəkdə 300 min ton yapışqan və rezin istehsalına nail olmağa çalışırlar.
Sanksiya şəraiti daxili özünəinam hissinin kənarında bu istehsal obyektinin mütəxəssislərini düşündürdü ki, nəinki idxalatı sıfıra endirsinlər, həm də özlərini gündə 100 ton su əsaslı rezin növləri istehsalına hazırlasınlar.