Persepolis, qədim İranın memarlıq gövhəri
-
Persepolis, qədim İranın memarlıq gövhəri
Persepolis, qədim İranın memarlıq gövhəri, günbəgün qocalır və bu üzdən, əksər məsul şəxslərin, həmçinin turistlərin diqqətini çəkir.
Günəş, külək və yağış Persepolis-i hədələyən amillərdirlər.
Müsahibə(kişi): Zəmanənin eroziyası səbəbindən daş qatlarının içərisində ya çala yaranıb, ya boşalıb, ya da ki, onlar tökülməkdədir.
Hazırda dünyanın ən gözəl şəhərinin bir hissəsinin qorunması üzrə yeni fəsil başlanıb, o da dünyanın sərhədsiz və təcrübəli restavratorlarının iştirakı ilə.
Müsahibə(qadın): Biz Hindistan, Fransa, ABŞ və İtaliyada işləmişik.
Təcrübədən əlavə, dünyanın ən son texniki üsullarından istifadə olunur.
Müsahibə(kişi): Biz lazer üsulu ilə təmizləmə işinə malikik. Mikrosend blastla təmizləmə işi.
Görən, bu üsullardan, xüsusən lazerdən istifadə Persepolis- ziyan vurmayacaq?
Müsahibə(kişi): Persepolis-də işlədilən maddələr və üsullar ətrafında səkkiz il müddətinə təhqiqat aparılıb. Buna görə, nəinki ziyan vurmayacaq, əksinə daşların müqaviməti də artacaqdır.
Bu fəsildə Şura və Təçər sarayları bərpa ediləcəklər.
Dünyanın ən görkəmli bərpa işçilərinin iştirakı təlim üçün də münasib bir fürsət yaradıbdır.
Persepolis-in ömründən 25 əsr keçir. Bu daş şəhəri iranlı iradəsi, biliyi və hünərinin misilsiz nümunəsidir.