11-ci beynəlxalq turizm sərgisi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i342715-11_ci_beynəlxalq_turizm_sərgisi
İsfahan özünün 11-ci beynəlxalq turizm və əl işləri sənayesi sərgisi üçün onunla qardaşlaşmış 13 şəhərin daxil olduğu 15 ölkənin nümayəndələri daxil olmaqla xüsusi qonaqlara ev sahibliyi edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 19, 2019 16:19 Asia/Baku
  • 11-ci beynəlxalq turizm sərgisi
    11-ci beynəlxalq turizm sərgisi

İsfahan özünün 11-ci beynəlxalq turizm və əl işləri sənayesi sərgisi üçün onunla qardaşlaşmış 13 şəhərin daxil olduğu 15 ölkənin nümayəndələri daxil olmaqla xüsusi qonaqlara ev sahibliyi edəcək.

İsfahan bu günlər turizm və əl işləri sənayesi üzrə ən böyük hadisənin şahididir. Turizm və əl işləri sənayesi üzrə 300 aktivistin 11-ci beynəlxalq sərgidə bir araya gəlməsi bu sənayenin inkişafı üçün yaxşı bir fürsətdir. Hava və dəniz nəqliyyat şirkətlərinin fəal iştirakı, otellər, yerli turizm üzrə yerləşmə məkanları, elmi mərkəzlər və yeni şirkətlərin bu sərgidə fəal iştirakları turizmin rövnəqinə səbəb olacaqdır.

Müsahibə(kişi): Bizim İranımız bol-bol təbii nemətlərə malikdir, amma təəssüflə üzə çıxarılmayıb və geniş təbliğata ehtiyac duyur.

Müsahibə(kişi): Əslində müxtəlif film və broşürlərə ehtiyac vardır ki, dünyanın müxtəlif ölkələrində təqdim edilmiş olsun. Sərginin diqqət çəkən cəhətlərindən biri, sənətkarların yaradıcılığı və dəyərli əsərlərin yaradılmasıdır.

Müsahibə(qadın): Talxonçe şəhəri. Farsları və türkləri Yəlmə xalısı toxuyur və əksər xanımlar bu yolla gəlir əldə edirlər. İstehsaldan söz gedən hər bir yerdə mehriban köçəri tayfaların izləri də orada görünür. Əl işləri sənayesi məhsullarının ixracatı ötən il diqqətəlayiq artıma malik olaraq, 600 milyon dollara çatıbdır.

Müsahibə(kişi): Məqsədimiz budur ki, inşaallah, özümüzü iki milyard dollara yaxınlaşdıraq. Dünyadakı təqribən bütün mühüm əl işləri sənayesi sərgilərində iştirak etməyə çalışdıq. Maraq göstərənlər iyunun 21-dək bu sərgiyə baş çəkə bilərlər. Bu sərgi iranlı sənətkarların əllərinin hünərinin dünya bazarlarında təqdim olunması və ölkənin turizm sənayesində investisiya imkanlarının yaradılması üçün münasib bir fürsətdir.