İran maddi mədəni irs sahəsində dünyanın on üstün ölkəsi sırasındadır
-
İran maddi mədəni irs sahəsində dünyanın on üstün ölkəsi sırasındadır
İran prezidentinin kəndlərin və məhrum məntəqələrin genişləndirilməsi üzrə müavini deyib: İran beynəlxalq maddi mədəni irsin yeddi faizinə malik olmaqla dünyanın on üstün ölkəsi sırasındadır.
Mohəmməd Omid dünən İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi olan Urmiyyə şəhərinin Silvana yerli oyunları üzrə dördüncü festivalın açılış mərasimində əlavə edib: İran binalar və imkanlar kimi maddi mədəni irslərin qeydə aldırılması sahəsində münasib fəaliyyətə malikdir.
İran prezidentinin kənd və məhrum məntəqələrin genişləndirilməsi üzrə müavini deyib: Müxtəlif mədəni və bədii festivalların keçirilməsi İranın maddi mədəni irsi sayılır və bu bölmədən turizmin inkişafı üçün istifadə etmək olar.
Mohəmməd Omid vurğulayıb: Turizm sektoruna diqqət iqtisadi inkişafda müsbət təsirə malikdir və İranın müxtəlif məntəqələrində mədəni, bədii və tarixi mərasimlərdən maksimum bəhrə alınmalıdır.