İran voleybolçuları Avstraliya komandasını da qarşılarından götürdülər
İyun 23, 2019 04:28 Asia/Baku
-
voleybolçuları Avstraliya komandasını da qarşılarından götürdülər
İranın yığma voleybol komandası 2019-cu il millətlər liqasının dördüncü həftəsinin ikinci günündə şənbə günü Ərdəbil şəhərində Avstraliya komandasını məğlub edib.
İranın yığma voleybol komandası 3:0 hesabı ilə Avstraliya komandasını məğlub edibdir. Komandamız yarış cədvəlinə başçılıq etməkdə davam edir.
İranın milli voleybol komandası indiyədək Avstraliya, Portuqaliya, Rusiya, Polşa, Kanada, İtaliya, Almaniya, Çin, Argentina və Yaponiya üzərində ümumilikdə 9 qələbə və yalnız Braziliya yığması qarşısında bir məğlubiyyətlə yarış cədvəlinə başçılıq edir.
İran bu gün Fransa yığması ilə qarşılaşacaq.
Voleybol üzrə 2019-cu il millətlər liqası yarışları 16 komandanın iştirakı ilə keçirilməkdədir.