İranda səkkiz yeni dərmanın təqdimatı olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i344741-İranda_səkkiz_yeni_dərmanın_təqdimatı_olub
İranın elm və texnologiya üzrə vitse-prezidenti Sorena Səttarinin iştirakı ilə ölkənin Əlborz vilayətində səkkiz yeni dərmanın təqdimatı olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 21, 2019 11:24 Asia/Baku
  • İranda səkkiz yeni dərmanın təqdimatı olub
    İranda səkkiz yeni dərmanın təqdimatı olub

İranın elm və texnologiya üzrə vitse-prezidenti Sorena Səttarinin iştirakı ilə ölkənin Əlborz vilayətində səkkiz yeni dərmanın təqdimatı olub.

Bu məhsullar, dərman və dərman xammalına, o cümlədən "Microplate Omeprazole", "Tamsulosin Hydrochloride", "Naltrexone Base", "Citalyptin Phosphate" və "Pioglitazone"a şamil olur.

Bu məhsullar İranda dərman xammalı üzrə ən böyük istehsalçılardan olan "Təmad" əczaçılıq şirkətində istehsal olunubdur. Bu şirkət İranın Əlborz vilayətində yerləşir.

Bu əczaçılıq şirkəti 2018-ci ildə dünyanın beş qitəsindən olan 43 ölkəyə səkkiz milyon dollar dəyərində ixracata malik olub.

İyun ayının 18-də də İranın Əlborz vilayətində Qərbi Asiyada ən böyük dərman şəhərciyi açıldı və doqquz yeni dərman məhsulunun təqdimatı oldu.