Lorestan, su və şəlalələr diyarı
-
Lorestan, su və şəlalələr diyarı
Su və şəlalələr diyarı olan Lorestan onlarla misilsiz təbii cazibə ilə yayın isti günlərində gəzinti və səfər üçün yaxşı bir məqsəd olacaqdır.
Müsahibə: Allahın qüdrətinə bax! Dağın mərkəzində coşan bir çay.
Nəreyşen: Daşın arasından axıb tökülən və dağın dolanbaclarla dolu ətəyindən sürüşərək, təravət və gümrahlıq musiqisi çalan coşan çay.
Müsahibə: Olduqca sulu və gözəldir.
Müsahibə: İnsan həm dəhşətə gəlir, həm ləzzət alır və Allahın qüdrətini görmək olar.
Nəreyşen: Bura, Əliqudərzin “Çekan” şəlaləsidir. İranın ən ucqar nöqtələrindən təbiətsevərləri və turistləri özünə doğru çağıran, dünyanı yaradanın gözəlliyinin heyrətdoğuran və taysız təzahürü.
Müsahibə: Bu, Allahın neməti və Allahın qüdrətinin nişanəsidir.
Müsahibə: Digər şəlalərdən fərqli olaraq, burada şəlalənin altına gedə bilmərik.
Nəreyşen: Çekan otuz metr hündürlükdə yerləşir və oraya çatmaq üçün bu axan zülalın təlatümü ilə səs-səsə verərək, dağ ətəyi boyunca bir neçə kilometr yol getmək gərəkdir.
Müsahibə(qadın): Buraya gələn hər kəs Allah-Taalanın əzəmətini görur.
Müsahibə: Yuxarı çox sərndir. Gərək özümüzlə isti paltar götürəydik.
Nəreyşen: Yayın istisində şəlalənin kənarında böyük qar kütlələrinin olması bu məntəqənin hərarətinin aşağı olmasına dəlalət edir.
Müsahibə: Əliqudərz çox isti olduğu üçün bura bizim üçün əladır.
Nəreyşen: Çekan adı dərin bir mənaya malikdir və damcı-damcı tökülmək və sairlə heç bir uyğunluğu yoxdur.
Müsahibə: Gur su axını nəticəsində yüz metr məsafədə qulaq qulağı eşitmir.
Bu şəlalə Əliqudərz şəhərinin cənub-qərbində yerləşir. Şəlalənin girəcəyi Əliqudərz-Şulabad şose yolunun səkkiz kilometrliyində yerləşir.
Müsahibə(qadın): Mütləq gəlib, buranı görün. Rahat maşın yolu da var.
Müsahibə: Gəlin və bu gözəl və əzəmətli şəlaləni görün.