Üç kosmonavt kosmik stansiyaya göndərilib
İyul 22, 2019 03:12 Asia/Baku
-
Üç kosmonavt kosmik stansiyaya göndərilib
İtaliya, Rusiya və Amerikadan olan üç kosmonavt insanın aya səfərinin əllinci ildönümündə kosmik stansiyaya göndərilib.
Soyuz M-13 kosmik gəmisini daşıyan Soyuz FG raketi Baykonur kosmodromundan beynəlxalq kosmik stansiyaya doğru buraxılıb.
Mart ayında iki amerikalı və bir rus kosmonavt bu stansiyaya göndərildilər və hazırda oradadırlar.
2011-ci ildən bəri Rusiya beynəlxalq kosmik stansiyaya təchizat və kosmonavtlar göndərə bilən yeganə ölkədir.
Əlli il bundan öncə, yəni 1969-cu il iyulun 20-də Nil Armstronq və Bazz Oldrin ilk insanlar kimi ay kürəsinə ayaq basdılar.