İranın əl işləri sənayesi məhsullarının Malayziya sərgisindəki uğurları
-
İranın əl işləri sənayesi məhsullarının Malayziya sərgisindəki uğurları
İranın incəsənət əsərləri və əl işləri sənayesi məhsulları Malayziyada keçirilən beşinci beynəlxalq "İslam Dünyasının mədəni-bədii sərgisi"ndə hamının rəğbətini qazanıbdır.
Beşinci beynəlxalq "İslam Dünyasının mədəni-bədii sərgisi" dörd gün müddətinə Malayziyanın siyasi-idari paytaxtı- Putracayada keçirilməkdədir. Sərgidə məqsəd, islami ölkələrin İslam Dünyasının mədəniyyət və incəsənət müxtəlifliyi ilə tanış olmalarıdır.
Bu sərgidə Türkiyə, İndoneziya, Mərakeş və Banqladeş daxil olmaqla on beş islami ölkə iştirak edir.
On iranlı sənətkar İsfahan zərif gümüş işlərini, Kerman xalça və kilimini, xəttatlıq və kalliqramı, dini məkanlardan ilham alınaraq düzəldilmiş büllur bəzək əşyalarını gözəl ənənəvi musiqinin təqdim olunması ilə İranın böyük incəsənət əsərləri üzrə bir neçə pavilyonda sərgiləyibdir.
Bu sərgidəki İran əsərləri sərgiyə gələnlərin diqqətini çəkibdir.