Bazərqan gömrüyü, Türkiyəyə əmtəə mal darvazası
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i345327-bazərqan_gömrüyü_türkiyəyə_əmtəə_mal_darvazası
Maku azad ticarət zonası 500 min hektar ərazi ilə dünyanın ikinci böyük azad ticarət məntəqəsidir. Bu zona Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə 140 kilometrlik müştərək su sərhədinə, Türkiyə ilə isə 130 kilometrlik su və quru sərhədinə malikdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2019 16:10 Asia/Baku
  • Bazərqan gömrüyü, Türkiyəyə əmtəə mal darvazası
    Bazərqan gömrüyü, Türkiyəyə əmtəə mal darvazası

Maku azad ticarət zonası 500 min hektar ərazi ilə dünyanın ikinci böyük azad ticarət məntəqəsidir. Bu zona Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə 140 kilometrlik müştərək su sərhədinə, Türkiyə ilə isə 130 kilometrlik su və quru sərhədinə malikdir.

Maku azad ticarət zonası dünyanın mühüm ticarət dəhlizləri istiqamətində yerləşir. İran ilə Türkiyə arasında ən böyük quru sərhədi istiqamətində Bazərqan gömrüyü Avropadan və əks istiqamətdə əmtəə mal keçidi darvazasıdır.

Ticarət zonasının yaradılması ilə indi üçrəngli və iftixarla dolu bayrağın altında inkişaf və tərəqqi zəngi daha güclü səslənibdir.

Makunun icra başçısı Əlizadə bu haqda deyir:

Beş il ərzində bu zonada bir çox böyük işlər görülüb. O cümlədən şəhər və kəndlərdə 60 kilometrdən çox şose və magistral yolu salınıb. Bu məntəqənin hava limanı işə salınıb. Park, yaşıllıq, müxtəlif kiçik bazarlar və nəhayət dörd mindən çox işçi qüvvəsinin işlə məşğul olmasına səbəb olan çoxlu sayda sənaye şəhərcikləri istifadəyə verilib.

Kəndlərə xidmətin göstərilməsi artıb. Bu bir neçə ildə müalicə mərkəzləri və müalicə xidmətlərinin artması da diqqətəlayiq olubdur. Bu məntəqədə azad ticarət zonasının işə salınmasından sonra sənaye də zonanın inkişafı ilə paralel surətdə inkişaf edibdir. Zonanın məhsulları dünyanın hər yerinə ixrac olunur.

Səfərzadə- ölkədə sünu dişlər üzrə ən böyük istehsalçı:

Bizim məhsullar dünyanın dörd qitəsinə, Almaniya, Fransa, Avstriya, Belçika, Kanada və Amerika kimi ölkələrə ixrac edilir.

Və hazırda Maku digər inkişaf etmiş məntəqələrlə yanaşı yüksəliş və tərəqqi zirvələrinə doğru irəliləyir.