İranın üç yeniyetmə güləşçisi finalda
-
İranın üç yeniyetmə güləşçisi finalda
İranın yeniyetmələrdən ibarət yığma komandasının üç güləşçisi rəqiblərinə qalib gələrək, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələrin sərbəst güləş üzrə dünya çempionatının finalına vəsiqə qazanıb.
Bazar ertəsi günündən başlanan yeniyetmələrin sərbəst güləş üzrə dünya çempionatı yarışlarında İranın 48, 55 və 80 kiloqram çəki dərəcələrində yarışan güləşçiləri- Rəhman Əmuzad, Mehdi Veysi və Əmirhoseyn Firuzpur Gürcüstan, Yaponiya, Özbəkistan, Cənubi Afrika və Amerikadan olan rəqiblərini məğlub edərək, finala vəsiqə qazanıblar.
110 kiloqram çəki dərəcələrində də Salar Həbibi Belarus və Ukraynadan olan rəqiblərini məğlub edib, rusiyalı rəqibinə məğlub olaraq, yeniyetmələrin sərbəst güləş üzrə dünya çempionatı yarışlarının sıralama görüşünə çıxıbdır.
İlk beş çəki dərəcəsində final və sıralama görüşləri bu gün keçiriləcək.