Tullantılardan kömür istehsalı
-
Tullantılardan kömür istehsalı
Hər gün meşələrdə bir neçə min ədəd ağac kəsilir ki, kömür istehsal edilmiş olsun. Müxtəlif istifadələr üçün Təbəsdə mövcud olan bir emalatxana ağacdan istifadə etmədən daha yaxşı və mənfəətli bir kömür istehsal edir.
Nəreyşen: Nə işlə məşğulsunuz?
Müsahibə: Qoz qabığı sındırmaqla. Hər gün 300 kilo sındırırıq.
Nəreyşen: Selüloz maddələri tullantıları ilə sıxılmış kömür emalatxanası.
Müsahibə: Bir aya yaxındır ki, bu emalatxana 300 milyon tümən xərclə işə salınıb.
Müsahibə: Biz burada birbaşa şəkildə səhər və axşam növbələrində on iki nəfəri işə götürə bildik.
Nəreyşen: Selüloz maddələri tullantılarından məhsul istehsalı üçün istifadə, yəni təbii mənbələrin və ətraf mühitin qorunmasına kömək.
Müsahibə: Hər gün yonqar, qoz qabığı, kömür tozu bu istehsal obyektinə daxil olur. Yekun məhsul, yarım ton sıxlaşdırılmış kömürdür.
Müsahibə: Təmizlənmiş maddələr bu dəzgah vasitəsilə rütubəti alınsın deyə, borulara ötürülür və sonra kürəyə doğru istiqamətlənmək və boşalmaq üçün tanka tərəf yönləndirilir.
Müsahibə: Bişirilmiş kömür kürədən çıxdıqdan sonra soyumaq üçün bu dəzgahlara qoyulur. Təbəsin isti havasına əsasən, soyuma prosesi təqribən iki-üç həftə çəkir.
Nəreyşen: Ucuz xammal və mənfəətli məhsul istehsalı, ağacların kömür istehsalı üçün kəsilməsinin qarşısını alır.
Plato: Bu istehsal obyekti Təbəs şəhrestanında sıxlaşdırılmış yeganə kömür istehsalı obyektidir və birillik perspektivində öz məhsulunu qonşu ölkələrə ixracata ötəri bir nəzər də salır.