Qulaq təmizləyənlər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i345638-qulaq_təmizləyənlər
Sakinlərin və turistlərin qulaqlarını təmizləmək Hindistan küçələrində pul çıxarmaq yollarından biridir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 03, 2019 09:22 Asia/Baku
  • Qulaq təmizləyənlər
    Qulaq təmizləyənlər

Sakinlərin və turistlərin qulaqlarını təmizləmək Hindistan küçələrində pul çıxarmaq yollarından biridir.

Hindistanda özlərini qulaq üzrə yerli həkim adlandıran bu şəxslər istəyənlərin qulaqlarını xüsusi metodla təmizləyirlər.

Bu qəribə peşənin sahiblərinin həkimlər kimi xüsusi çantaları var. Müxtəlif dərman növləri, qulaq təmizləmək üçün xüsusi çöplər, maqqaş, pambıq və qulaq təmizləyən yağlar bu taxta və ya alüminium çantaların içindədir.

Narendra qulaqtəmizləyənlərdən biridir. O, yüksək özünəinamla deyir: Biz qulaq təmizləmək işini yaxşı həyata keçiririk. Həkimlərdən yaxşıyıq və onların işini kasad etmişik. Bir çoxları lisenziyamızın olmamasına görə, bizə etimad etmirlər. Əgər təsdiq olunsaydıq, daha çox insan müraciət edərdi.

Hindistanda qulaqtəmizləyənlərin əksər müştəriləri sadə və savadsız insanlardırlar. Ziyalılar, həmçinin orta və yuxarı gəlirli təbəqələr qulaqlarını bunların əllərinə vermirlər.

Senci Kumar deyib: Bunlar bitkilərdən əldə olunan və qulaq təmizləmək üçün nəzərdə tutulan dərmanlardır. Bunlarla qulaq üçün heç bir problem yaranmır və qulaqda olan hər nə vardırsa, çölə çıxır.

Bu qulaqtəmizləyənlərin hər biri gündə 20-30 cüt qulaq təmizləyir və bu qulaqların əksər sahibləri sabit müştərilərdirlər.