Ana südü, körpələr üçün dəyərli bir hədiyyə
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i345648-ana_südü_körpələr_üçün_dəyərli_bir_hədiyyə
Ekspertlər tövsiyə edirlər ki, körpənin xüsusən ilk altı ayda qidalanması yalnız ana südü ilə həyata keçirilsin, zira heç bir şey bu altı ay ərzində ana südünü əvəz edə bilməz.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 03, 2019 15:43 Asia/Baku
  • Ana südü, körpələr üçün dəyərli bir hədiyyə
    Ana südü, körpələr üçün dəyərli bir hədiyyə

Ekspertlər tövsiyə edirlər ki, körpənin xüsusən ilk altı ayda qidalanması yalnız ana südü ilə həyata keçirilsin, zira heç bir şey bu altı ay ərzində ana südünü əvəz edə bilməz.

Ana südü körpələrə nəsib olan ən böyük nemətdir. Ana südü körpələrin altı ayın sonunadək olan qida ehtiyaclarını təklikdə təmin edir.

Ana südü sizin körpənizin ilk altı ayda ehtiyac duyduğu bütün vitaminləri və qida maddələrini təmin edir və xəstəliklərlə mübarizəyə lazım olan maddələrlə dolu olaraq, uşağı qoruyur.

Digər bir geniş tədqiqat da göstəribdir ki, bir yaşınadək ana südü ilə qidalanan uşaqlar arasında ölüm təhlükəsi ana südü ilə qidalanmayan uşaqlardan azdır.