Cukul festivalı-Rəşt
Avq 05, 2019 08:25 Asia/Baku
-
Cukul festivalı-Rəşt
İranın şimalında düyü yığımı ilə bağlı şükretmə festivalı keçirilib.
Yerli gilək dilində "cukul" adlandırılan bu ənənəvi mərasim əslində yetişməmiş düyü yığımı üsulları və istehsalı ilə bağlıdır.
Gilanın yerli əhalisi deyir ki, cukul-dan altmış məmulat əldə olunur və həmin məmulatlar bu festivalda müxtəlif pavilyonlarda nümayişə və satışa qoyulubdur.
Rəştdə keçirilən Cukul festivalı gənc nəsli ənənəvi, turistləri isə yerli mərasimlərlə tanış etməyə çalışır.
Keçmişdə gilanlı kəndlilər yetişməmiş düyünü düyü plantasiyalarından iki həftə tez yığar və ondan çərəz kimi istifadə edərdilər.