Təhlükəsizlik yastığı istehsalının yerliləşdirilməsinə səy
-
Təhlükəsizlik yastığı istehsalının yerliləşdirilməsinə səy
İranın Əlborz vilayətinin Gərmdərre məntəqəsində yerləşən avtomobil hissələri istehsalı üzrə bir sənaye obyekti təhlükəsizlik yastığının hissəsini istehsal etməyə müvəffəq olubdur.
Hava kisələri, başqa sözlə, təhlükəsizlik yastıqları sanksiyaların puç olmasından xəbər verir.
Müsahibə(kişi): Sanksiyalardan öncə detalların yüksək texnologiya ilə düzəldilmələrinə görə, qərara aldıq ki, ilkin nümunələri Əmir Kəbir və Şərif universitetləri ilə ilkin nümunələri istehsal edək. Hal-hazırda nümunələr avtomobillər üzərində quraşdırılıbdır.
Bu detalların yerliləşdirilməsi iqtisadi müstəqillikdən əlavə, valyuta çıxışında da 30-40 faiz qənaətə səbəb olubdur.
Müsahibə(kişi): Təhlükəsizlik yastığını istehsal etmək qabiliyyəti gündə yeddi min ədəddir və detallarının səksən faizi yerliləşdirilibdir.
Əlbəttə, yerliləşdirmədə əsas uğur, təhlükəsizlik yastığının düşünən beyni hesab olunan hissədir və yüksək texnologiya ilə hazırlanır.
Müsahibə(kişi): İndi yekun sınağın həyata keçirilməsi üçün avtomobillərin üzərinə quraşdırılıb və inşaallah, bu hissənin istehsalı bir neçə aydan sonra daxildə həyata keçiriləcəkdir.
Sənaye və universitetin səyi nəticəsində istehsal olunmuş təhlükəsizlik yastıqları daxili istehsal xətlərinə sürət veribdir.
Müsahibə(kişi): İranxodro və Saypa şirkətlərinin sifarişilə Peugeot 405, 206, 207, Səmənd və NX7 avtomobilləri üçün düzəldirik.
ACU və ya avtomobilin düşünən beyninin yerliləşdirilməsi və müxtəlif avtomobillər üçün radio istehsalı bu detalqayırma obyektinin digər uğurlarındandır. Sənaye obyektinin məsul şəxslərinin sözlərinə görə, daxili təhlükəsizlik yastığının istehsalı üç ayadək yerliləşdiriləcəkdir.