İranda üç yeni dərman təqdim olunub
-
İranda üç yeni dərman təqdim olunub
Qan təzyiqi, talasemiya və böyrək xəstələri üçün nəzərdə tutulan üç yeni dərman İranın qərbində yerləşən Borucerd şəhrestanının "Eksir" əczaçılıq şirkətində təqdim olunub.
"Eksir" əczaçılıq şirkətinin ictimai əlaqələr şöbəsinin müdiri Əli Çegini bu gün IRNA ilə müsahibədə deyib: Təqdim olunan dərmanlar "Bizopeks" brendinə malik Bisoprolol 10, 5 və 2,5 həbi, "Defrazeks" brendli Deferasirox 360 və 180 həbləri və "Sujal" brendli Sevelamer 800 həbinə şamil olur.
Borucerdin "Eksir" əczaçılıq şirkətinin ictimai əlaqələr şöbəsinin müdiri əlavə edib: Bu dərmanların təqdim olunması təqribən on milyon avronun İrandan çıxmasına mane olubdur.
İranın qərbində yerləşən Lorestan vilayətinin Borucerd şəhrestanında yerləşən "Eksir" əczaçılıq zavodu insan dərmanları istehsalı sahəsində fəaliyət göstərir və modern laboratoriya təchizatları və maşın avadanlıqlarından ibarət ayrıca komplekslər və istehsal xətləri üzrə modern texnologiya ilə hazırda müxtəlif dozalar və formalarda 160 növ dərman preparatı hazırlayaraq, bazara təqdim edir.