İranlı yeniyetmə taekvondoçular iki qızıl və iki bürünc medal qazanıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i346044-İranlı_yeniyetmə_taekvondoçular_iki_qızıl_və_iki_bürünc_medal_qazanıblar
İranlı taekvondoçular Daşkənddə keçirilən yeniyetmələrin dünya çempionatının ikinci günündə iki qızıl və iki bürünc medal qazanıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 09, 2019 06:37 Asia/Baku
  • İranlı yeniyetmə taekvondoçular iki qızıl və iki bürünc medal qazanıblar

İranlı taekvondoçular Daşkənddə keçirilən yeniyetmələrin dünya çempionatının ikinci günündə iki qızıl və iki bürünc medal qazanıblar.

Dünən Zəhra Zərrinnəəl 41 kiloqramdan aşağı çəki dərəcəsində, Mina Bəxşinejad isə 47 kiloqramdan aşağı çəki dərəcəsində qızlar arasında qızıl medal əldə etməyə müvəffəq olublar.

Puyan Cəfərsalehi 37 kiloqramdan aşağı çəki dərəcəsində və Əmirhoseyn Mətaci isə 53 kiloqramdan aşağı çəki dərəcəsində oğlanlar arasında bürünc medal əldə ediblər.

Bu yarışlar 550 taekvonduçunun iştirakı ilə Daşkəndin Beynəlxalq idman sarayında keçirilir. Yarışlarda 64 ölkə iştirak edir. Yarışlar dörd gün davam edəcəkdir.