İran taekvondo üzrə dünya çempionu olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i347141-İran_taekvondo_üzrə_dünya_çempionu_olub
İran taekvondoçuları bütün rəqiblərini məğlub edərək, 2019-cu il Çin dünya çempionatının birinci pilləsində durublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2019 14:26 Asia/Baku
  • İran taekvondo üzrə dünya çempionu olub
    İran taekvondo üzrə dünya çempionu olub

İran taekvondoçuları bütün rəqiblərini məğlub edərək, 2019-cu il Çin dünya çempionatının birinci pilləsində durublar.

İranı təmsil edən İslami Azad Universiteti komandası Çinin Usi şəhərində keçirilən taekvondo üzrə 2019-cu il dünya çempionatında kişilərin komanda yarışlarında rəqiblərini məğlub edərək, çempion adını qazanıbdır.

İran taekvondoçuları bu yarışlarda Qazaxıstan, Çin və Cənubi Koreya yığmalarını məğlub ediblər.

Taekvondo üzrə 2019-cu il dünya çempionatında Cənubi Koreya yığması ikinci, Rusiya və Çin komandaları isə ortaq surətdə üçüncü olublar.

Taekvondo üzrə 2019-cu il dünya çempionatı on ölkədən 97 taekvondoçunun iştirakı ilə avqustun 23-dən Çində başlanıb və üç gün davam edəcəkdir.