Yaxın Şərqdə ən böyük alüminium radiatorlar istehsalçısı
-
Yaxın Şərqdə ən böyük alüminium radiatorlar istehsalçısı
Yaxın Şərqdə ən böyük alüminium radiatorlar, asma istilik sistemləri, kombilər, ev və sənayedə istifadə olunan məşəl növləri istehsalçısı gənclər, mütəxəssislər, fəhlələr, həmçinin zəhmətkeş və tanınmış paylayıcılar və məsul şəxslərin çalışqanlığı ilə tədrici investisiyanın kənarında İranda bu sənayeni yerliləşdirməyə müvəffəq olubdur.
Biz əvvəllər kombinin bütün detallarını xaricdən, Avropadan idxal edərdik. Xoşbəxtlikdən, hazırda öz bacarığımızla bu detalların əksər hissəsini ölkə daxilində düzəldə bilirik.
İranın ən böyük radiator və kombi istehsalı zavodunda istiləşdirici və soyuducu detalların yerliləşdirilməsi.
Bu zavod qırxillik fəaliyyəti boyu yaradıcılığı və əzmkarlığı ilə İran sənayesinin üzünü ağ edibdir.
Kişi: Biz təqribən 30 fəhlə ilə işə başladıq. Və hazırda məhsullarımızı on növ məhsula çatdırmışıq.
Bu məhsullar iranlı gənclərin bacarıqlı əlləri ilə əminliklə istehsal edilir ki, müasir çoxrəqibli bazarda davam gətirmiş olsun.
Qadın: Keyfiyyəti əladır. Elə bu məsələ bais olubdur ki, biz təqribən 40 il daxili və xarici rəqiblərlə rəqabət apara bilək.
Sanksiyaçıları üzüqara edən sərt və fasiləsiz rəqabət.
Kişi: Xoşbəxtlikdən, istilik sistemi məhsullarında ölkəmizi iqtisadi müstəqilliyə çatdırıb. Həm də əksər dünya ölkələrinə məhsul ixrac edirik.
Bir zaman bu sənaye yalnız evlərə istilik verərdi. İndi isə ilin isti günlərində evlərə sərin və ürəyəyatan hava bəxş edir.
Bu istehsal obyekti yaxın gələcəkdə məşğulluq yaratmaqdan əlavə, öz istehsal miqdarını ikiqat artıra bilər.