Əhvazda ilk dəfə turş polad istehsalı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i347458-Əhvazda_ilk_dəfə_turş_polad_istehsalı
Xam neftin ötürülməsi üçün turş vərəqlərdən əldə olunan borulara ehtiyac var ki, ilk dəfə olaraq İranda üç şirkətin ciddi-cəhdi ilə bu növ polad istehsal olunur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2019 17:21 Asia/Baku
  • Əhvazda ilk dəfə turş polad istehsalı
    Əhvazda ilk dəfə turş polad istehsalı

Xam neftin ötürülməsi üçün turş vərəqlərdən əldə olunan borulara ehtiyac var ki, ilk dəfə olaraq İranda üç şirkətin ciddi-cəhdi ilə bu növ polad istehsal olunur.

Müsahibə: Həmişə demişəm, istəsən, eləyə bilərsən.

Burada, Əhvazda su, od və poladın qovuşması.

Müsahibə: Bu istehsal obyekti İsfahanın Mobarəke polad sənayesi, Xuzistanın “Fulad Eksin” şirkəti və Əhvaz boruqayırma müəssisəsinin birliyi ilə formalaşdı.

Neft və qazın, özü də turşu növünün ötürülməsi üçün turş vərəqlər istehsalı.

Bilməyiniz yaxşı olardı ki, turş vərəqlər ötən ilədək yüz faiz import idilər.

Müsahibə: İlk dəfə olaraq turş mühitlərdə istifadə üçün APR standartı altında polad vərəqlər istehsalına nail olduq.

Amma bu gün yerli bilik və iranlı gənclərin ciddi-cəhdi ilə milli istehsala çatıbdır.

Müsahibə: Daş mərhələsindən vərəqə və yekun boruyadək yerliləşdirə bildik.

Ölkədə bu sənaye üzrə istehsal ilə, 250 milyon avro valyutanın ölkədən çıxmasının qarşısı alınır.

Müsahibə: Valyutadan əlavə, bu istehsalda texniki bilik yaranıb və bu vərəqlərin istehsalı üçün bu şirkətdə əsası qoyulubdur.

Bu məhsul iranlı mühəndislərin elmi, iradəsi və beynəlxalq standartlar ilə əldə olunur.

Müsahibə: Biz burada saniyələri ilə bu vərəqlərin istehsalına nəzarət edirik; kürənin içindəki hərarətdən tutmuş suya, kürənin daxilindəki təzyiqə və kürədən çıxmasınadək nəzarət edirik.

İsfahanın Mobarəke polad sənayesi, Xuzistanın “Fulad Eksin” şirkəti və Əhvaz boruqayırma müəssisəsinin birliyi ilə indiyədək bu məhsuldan on beş min ton istehsal olunub və neftin Caska ötürülməsi layihəsinin ehtiyacını təmin edibdir.

Daxili mühəndislərin bacarıqlı əlləri ilə turş mühitdə istehsal olunmuş vərəqlər gündə bir milyon barrel yüngül, ağır və superağır xam nefti ixracat üçün ötürməlidir.