İran voleybolçuları üçüncü dəfə Asiya çempionu oldular
Sen 21, 2019 16:21 Asia/Baku
-
İran voleybolçuları üçüncü dəfə Asiya çempionu oldular
İranın milli voleybol komandası Asiya çempionatının finalında Avstraliya komandasını məğlub edərək, üçüncü dəfə Asiya çempionu oldu.
İranın milli voleybol komandası bu gün Asiya çempionatının finalında Avstraliya komandası ilə görüşüb və bu oyunu 3:0 hesabı ilə başa vurubdur.
Oyunun üç seti 25-14; 25-17 və 25-21 hesabı ilə başa çatıbdır.
İranın milli voleybol komandası bu yarışların seçmə mərhələsində Avstraliya komandasına məğlub olmuşdu.
Avstraliya finaldan öncəyədək özünün bütün yeddi oyununu qələbə ilə bitirmişdi.
Bu gün Yaponiya da Cənubi Koreyaya qalib gələrək, yarışların bürünc medalçısı olubdur.