Qəzvin cütlüyünün hünəri
-
Qəzvin cütlüyünün hünəri
Sənətdə və dizaynda İran memarlığından ilham almış əsərləri görürük. İran naxışları və elementlərindən cazibədar rənglərin birləşməsini bu parçalarda görmək olar. Bu parçaların kompozisiyası bəzən yalnız həndəsi xətlər və İran binalarının bəzəklərinin cizgilərindən ilham alır və ya kombinə edilir.
1300 tarixi əsər Qəzvindən tavansız bir muzey düzəldibdir.
Sənətçi cütlük dünənki kaşıların naxışını bugünkü geyimə peyvənd vurublar.
m.q- Kaşılardan, köhnə binalardan, eyvanların tarixi toxumasından, kərpic işlərindən fotoşəkil çəkməyə başladıq.
m.k- Bu detallar bizim keçmişimizdir, bizim mədəniyyətimizdir. Gözəl naxışlardır. Gözəl motivləri var. İstər gül və bulbul olsun, istərsə də başqa bir naxış. Əgər kiçik formada geyimin və ya yaylığın, yaxud da yastığın detalları üzərinə gələrsə…
m.q- Öz əməyim olan bu yaylıqda Qəzvinin Qeysəriyə bölgəsinin kaşılarından çəkilmiş fotoşəkil çap olunubdur.
Amma bu qədər naxış və rəng asanlıqla bir-birinin kənarında yerləşməyibdir.
m.k- Sırf olaraq təkcə şəkil çəkmirik. Boya, forma və məzmunun üzərində araşdırma aparır, müasirləşdiririk. Yəni yenidən düzəldirik.
Bu arada müasir sənətkarların da rolu olur.
m.q- Bu iş bir tarixi hədiyyə edir. Əgər mən sizə bir yaylıq bağışlayıramsa, o yaylığın kənarında işin pasportu yazılıbdır.
Siz bir sənətkardan bir əsər satın alarkən yalnız bir əmtəə deyil, o sənətkarın həyatının bir hissəsini satın almış olursunuz.