İranlı sərbəst güləşçi qızıl medal qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i349161-İranlı_sərbəst_güləşçi_qızıl_medal_qazanıb
İranın 86 kiloqram çəki dərəcəsindəki nümayəndəsi Həsən Yəzdani Qazaxıstanda keçirilən sərbəst güləş üzrə dünya çempionatında qızıl medal əldə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 23, 2019 04:23 Asia/Baku
  • İranlı sərbəst güləşçi qızıl medal qazanıb
    İranlı sərbəst güləşçi qızıl medal qazanıb

İranın 86 kiloqram çəki dərəcəsindəki nümayəndəsi Həsən Yəzdani Qazaxıstanda keçirilən sərbəst güləş üzrə dünya çempionatında qızıl medal əldə edib.

Həsən Yəzdaninin rəqibi hindistanlı Dipak Punya dünən axşam Qazaxıstanın Nursultan şəhərində keçirilən sərbəst güləş üzrə dünya çempionatının son günündə 86 kiloqram çəki dərəcəsinin final görüşündə zədələndiyi üçün görüşə gəlmədi və İran nümayəndəsi bu çəki dərəcəsində qızıl medal sahibi oldu.

Bundan öncə Əlireza Kərimi 92 kiloqram çəki dərəcəsində gümüş, Yunes Emami və Behnam Ehsanpour 61 və 70 kiloqram çəki dərəcələrində bürünc medal əldə etmişdilər.

Sərbəst güləş üzrə dünya çempionatı sentyabrın 19-dan 22-dək Qazaxıstanın Nursultan şəhərində keçirildi.