Maşınsız bir dünya
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i349170-maşınsız_bir_dünya
Sentyabrın 22-si, “Avtomobilsiz” Ümumdünya Günü adlandırılıb və həmin gündə dünyanın müxtəlif şəhərlərində bununla bağlı mərasimlər keçirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 23, 2019 12:16 Asia/Baku
  • Maşınsız bir dünya
    Maşınsız bir dünya

Sentyabrın 22-si, “Avtomobilsiz” Ümumdünya Günü adlandırılıb və həmin gündə dünyanın müxtəlif şəhərlərində bununla bağlı mərasimlər keçirilir.

Avtomobilsiz günlərə ilk dəfə olaraq, ötən əsrin yetmişinci onilliyində Kolumbiyanın paytaxtı Boqotada start verildi və rəğbət qazandı.

Kolumbiyanın ozamankı hökumətinin təşəbbüskar bir addımda hərəkət tıxacını azaltmaq üçün Boqotanın küçələrini həftə sonunun tətil günlərində və münasibətlərdə bağlaması əhalinin onu rəğbətlə qarşılaması ilə üzləşdi və insanlar küçələrdə ya piyada şəklində, ya da ki, velosipedlə gediş-gəliş etdi. Bu şəhərdə həmin prosesin davam etməsilə “avtomobilsiz gün” bu gün dünyada “avtomobilsiz həftə”yə çevrilibdir ki, hər il bu günlərdə dünyanın müxtəlif şəhərlərinin hər biri 22 sentyabra çıxan bir həftədə avtomobilin kənara qoyulması, həmçinin piyada yürüşü və velosipeddən istifadəni həyata keçirmiş olsun.

Yay fəslinə çıxan sonuncu həftədə avtomobillərin hərəkətini azaltmaq üçün nəzərdə tutulan siyasət uzunmüddətli bir hədəfi izləyir: “Cəmiyyəti avtomobillərin hökmranlığından çıxarın!”.