Tehran konfransı barədə rəngli formada tarixi video
Sen 23, 2019 18:00 Asia/Baku
-
Tehran konfransı barədə rəngli formada tarixi video
1943-cüi ilin noyabrında keçirilmiş Tehran konfransı barədəki nadir və tarixi bir video yayılıb.
Bu film SSRİ-nin Terandakı səfirliyi ərazisində üç müttəfiq ölkənin başçısı- Amerika prezidenti Franklin Ruzvelt, İngiltərənin baş naziri Uinston Çörçill və SSRİ lideri İosif Stalinin iştirakı ilə 75 il bundan öncə lentə alınıb.
İkinci dünya müharibəsinin dördüncü ilində üç gün sürmüş Tehran konfransı özünün bütün vaxtını Almaniyanın tam məğlubiyyətinədək döyüşün sonrakı etapları və hərbi planların irəli sürülməsinə sərf etdi.
Tehranda üç böyük ölkənin dövlət başçılarının konfransı bir müqəddiməyə, doqquz fəsilə və altı əlavəyə şamil olan öz yekun bəyanatında İranın istiqlaliyyəti və ərazi bütövlüyünə də zəmanət verdi.