Məhabadın Səhvalan mağarası, İranın nadir təbii mağaralarından biridir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i349224-məhabadın_səhvalan_mağarası_İranın_nadir_təbii_mağaralarından_biridir
Səhvalan mağarası ölkənin nadir təbii mağaralarından biri və Qərbi Azərbaycan vilayətinin gözəl təbii cilvələrindən sayılır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 24, 2019 16:00 Asia/Baku
  • Məhabadın Səhvalan mağarası, İranın nadir təbii mağaralarından biridir
    Məhabadın Səhvalan mağarası, İranın nadir təbii mağaralarından biridir

Səhvalan mağarası ölkənin nadir təbii mağaralarından biri və Qərbi Azərbaycan vilayətinin gözəl təbii cilvələrindən sayılır.

Dağın içində turizm cazibədarlığı... Onu görmək üçün təbiətin qoynuna getmək gərəkdir. Səhvalan mağarası.

m.k- Çox gözəldir, çox görməlidir.

m.k- Vəsfolunmazdır, çox gözəldir.

Nadir bir əsərdir. Təbii gözəlliklərini tamaşaçılara nümayiş etdirir.

m.k- Bu mağara misilsizdir. Bütün dünya xalqlarını, xüsusən İran xalqını bu mağaranı görməyə çağırıram.

m.k- Uzunluq baxımından İranın ikinci su mağarasıdır. Dərinlik cəhətdən isə dünyanın birinci su mağarasıdır. Mağaranın içində çoxlu sayda canlı varlıqlar yaşayır. 300 metrini qayıqla, 250 metrini isə quru formasında gedirik.

Hər il 120 mindən çox insan bu mağaraya gəlir.

Mənim burada mağazam var. Şükür Allaha, gəlirimiz yaxşıdır, xüsusən yay fəslində.

m.k- İyun-iyul aylarından bəri səksən minə yaxın insan bu mağaraya baş çəkib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artıbdır.

Səhvalan mağarasında daha artıq rifah imkanlarının yaradılması və investisiya, bu bölgədə turizm sənayesinin inkişafında mühüm rola malikdir.

m.k- Çox yaxşı bir mağaradır. Yalnız imkanları bundan çox ola bilərdi.

m.k- Burda Səhvalan kəndində yerli turizm üzrə yaşayış obyektləri mövcuddur. Məskunlaşma alaçıqlarına çıxan sistem işə salınıb.

Bu valehedici mağara Məhabad-Bukan şose yolunun 43 kilometrliyində yerləşir. Ölkənin ikinci su mağarası olan Səhvalan özünəməxsus zınqırovlar və təbii cilvələri ilə gözəl və nadir bir fenomendir və ilin dörd fəslində əziz qonaqları qəbul edir.