Moskvada Beynəlxalq Qida Maddələri Sənayesi Sərgisi keçirilib
-
Moskvada Beynəlxalq Qida Maddələri Sənayesi Sərgisi keçirilib
İran və Rusiyanın iqtisadi mübadilələrdə milli pul vahidindən istifadə üzrə razılığı, yaşıl gömrük marşrutunun işə salınması, iki qonşu arasında asan nəqliyyat və İranın Avrasiya iqtisadi birliyinin güzəştli tarif razılaşmasına qatılması öz əmtəə malları və məhsullarını Rusiya və Avrasiya iqtisadi birliyinə üzv ölkələrin bazarlarına ixrac etmələri üçün iranlı tacirlər və iş adamları üçün münasib bir fürsətdir.
Qida sənayesi üzrə ən böyük beynəlxalq hadisə kimi qeyd olunan “World Food” adlı 28-ci Beynəlxalq Qida Maddələri Sənayesi və Əlaqədar Sənaye Sərgisi bu il dünyanın səksən ölkəsindən 1500-dən çox şirkətin iştirakı ilə Moskvanın “Krokus Ekspo” Beynəlxalq Sərgi Mərkəzində keçirilib.
İran İslam Respublikasının Rusiyada qeydiyyata alınmış altı və İrandan göndərilmiş on iki şirkətə şamil olan 18 qida sənayesi şirkəti ilə bu mühüm beynəlxalq olayda iştirak etməsi İran məhsullarının sayı və çeşidlilik baxımından yeni bir rekorddur.
m.k- Məlayerdə kişmiş sahəsində ildə 15-20 milyon dollardan yuxarı ixracatımız var.
m.k- Biz hazırda 20 ildir ki, xurma sahəsində fəaliyyət göstəririk.
m.k- Bizim əsas işimiz, quru meyvələr ixracatıdır.
Xurma, püstə, kişmiş, şirniyyat və konfet, quru meyvə, konserv yerməklər, o cümlədən tomat və qablaşdırma sənayesi builki sərgidə ən mühüm İran məhsulları və sahəsidir.
m.k- Bizim maşın avadanlıqlarımız bizim nümayəndələrimiz sayılırlar. Dünyanın 50-dən çox ölkəsinə ixracatımız olub.
İran məhsullarının ucuz qiyməti və yüksək keyfiyyəti rus şirkətlər xüsusiyyət təşkil etməklə bir çox iştirakçı ölkəni İran məhsullarını satın almaq məqsədilə yeni müqavilələr bağlamağa təşviq edibdir.
m.k- Hazırda Rusiyaya, həmçinin MDB bölgəsinə satışımız var.
m.k- Rusiyada istehlak olunan xurmanın 41%-ni İran təmin edib.