Altı yeni İran dərmanının təqdimatı olub
Sen 28, 2019 16:20 Asia/Baku
-
Altı yeni İran dərmanının təqdimatı olub
Şənbə günü Tehranda İranın kütləvi istehsal etdiyi altı yeni dərman təqdim edildi.
Qlorenta diabet xəstəliyini idarə etmək üçün istifadə olunan hiperglisemik bir dərmandır.
Bu dərman qan şəkərini azaltmaq və diabetin ürək-damar ağırlaşmalarını azaltmaq üçün digər dərmanlardan daha yüksək effektivliyə malikdir.
Giomide və Norabox dağınıq skelerozu idarə və müalicə etmək üçün istifadə olunan neyrocərrahiyyə dərmanlardır.
Neurapa, Bertiga və Lotiva kimyaterapiyanı əvəz edən və daha aşağı yan təsirləri olan xərçəngə qarşı dərmanlardır.
İranın tibbi və əczaçılıq nailiyyətləri elə bir halda əldə olunubdur ki, ABŞ 2018-ci il mayın 8-də nüvə anlaşmasından çıxdıqdan sonra İran xalqına qarşı dərman sanksiyaları tətbiq edibdir.