Polis təchizatları sərgisi- IPAS 2019
-
Polis təchizatları sərgisi- IPAS 2019
Polis təchizatlarının inkişafı və tərəqqisi 18-ci beynəlxalq polis təchizatları sərgisinin mövzusudur. Bu sərgidə təhlükəsizliyin yaradılması istiqamətində modern texnologiyalar təqdim olunur.
18-ci beynəlxalq polis və təhlükəsizlik ləvazimat və təchizatları sərgisi öz işinə elə bir halda başlayıbdır ki, 320 pavilyonda 62 məhsul təqdim olunub.
Müsahibə: Bu, zirehə 65 santimetr daxil olmaq qabiliyyətinə malikdir. Zirehli tankların qatilidir.
Bütün sahələrdə görünən müxtəlif məhsullar. İran silahlarından tutmuş yeni nəsildən olan kameralaradək.
M- Bu silah 62 millimetr kalibrli yüngül taktiki pulemyotdur.
M- Səkkiz lövhəni bir kadrda çıxarmaq imkanına malikdir və qanuni və qanunsuz lövhələrin siyahısını qeydə ala bilir.
Sərgidə əlli elmi əsaslı şirkət iştirak edir.
M- Himayə də olunurlar; həm ixtiraçılar, həm istehsalçılar, həm də elmi əsaslı şirkətlər.
Hüquq-mühafizə qüvvələrinin komandanı da bu sərgidə olarkən öncə bu qüvvələrin bir neçə nailiyyətini təqdim etdi.
M- Komandirlərin istifadə etdikləri postumuzdakı son dərəcə ehtiyac duyulan qüllənin yerləşmə məkanı.
General Əştəri sonra müxbirlər qarşısında polisin inkişafı və nailiyyətlərini çox yaxşı şərh edib.
M- Həmkarlarımızın ixtiyarında olan təchizatların doxsan faizindən çoxu daxili məhsuldur. Biz polisin elektronlaşdırılması səmtinə hərəkət edirik ki, qarşıdakı üç il ərzində özümüzün, həmçinin ekspertlərimiz və mühəndislərimizin nəzərdə tutduqları kamal həddinə çata bilmiş olaq.
Polis hər nə qədər təchiz olunmuş, inkişaf etmiş və elektron olmuş olarsa, cəmiyyətin təhlükəsizliyinə böyük kömək etmiş olar və bu sərgi də məhz bu istiqamətdə keçirilir.