C. Koreyada mobil telefona qurşanmanı tərketmə mərkəzi işə salınıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i350937-c._koreyada_mobil_telefona_qurşanmanı_tərketmə_mərkəzi_işə_salınıb
Cənubi Koreya mobil telefona qurşanma miqdarını azaltmaq üzrə səylərə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 21, 2019 07:25 Asia/Baku
  • C. Koreyada mobil telefona qurşanmanı tərketmə mərkəzi işə salınıb
    C. Koreyada mobil telefona qurşanmanı tərketmə mərkəzi işə salınıb

Cənubi Koreya mobil telefona qurşanma miqdarını azaltmaq üzrə səylərə başlayıb.

Bu gün mobil telefonlar insan bədəninin yeni hissəsinə çevriliblər, amma tibb elmləri ekspertlərinin dediklərinə görə, elektron mobil telefondan həddən artıq istifadə insan beyninin zəifləməsinə gətirib çıxara bilər.

Cənubi Koreyada mobil telefondan istifadəyə qurşananlar üçün on altı xüsusi dövlət düşərgəsi işə salınıb. Bu xas qurşanmanı tərketmə mərkəzinə gedən kəslər hər gün öz mobil telefonundan on iki saat ayrı qalırlar. Onlar fərdi, ailəvi və qrup halında keçirilən müşavirələrdə də iştirak edir və mobil telefondan istifadə yerinə, fərqli işlərlə məşğul olurlar ki, bu qurşanma aradan qaldırılmış olsun.