Şahmat üzrə dünya çempionatı təxirə salındı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i362196-Şahmat_üzrə_dünya_çempionatı_təxirə_salındı
Rumıniyanın Mamaya şəhərində keçirilməli olan şahmat üzrə dünya çempionatı təxirə salınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2020 18:29 Asia/Baku
  • Şahmat üzrə dünya çempionatı təxirə salındı

Rumıniyanın Mamaya şəhərində keçirilməli olan şahmat üzrə dünya çempionatı təxirə salınıb.

SəhərAzəri Axar.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, yeniyetmə oğlanlar və qızlar arasında keçiriləcək dünya çempionatı koronavirus infeksiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

Turnir 2020-ci ilin sentyabrın 7-dən 20-dək keçiriləcəkdi. Yarış 8, 10, 12, 14, 16 və 18 yaşlı şahmatçılar arasında təşkil edilir.

Xatırladaq ki, Azərbaycan şahmatçısı Aydın Süleymanlı ötən il 14 yaşlılar arasında dünya çempionatının qalibi olub