Ardıcıl 9 mövsümdə yalnız 3 hücumçu minimum 10 qol vurmağı bacarıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i370849-ardıcıl_9_mövsümdə_yalnız_3_hücumçu_minimum_10_qol_vurmağı_bacarıb
Avropanın top-5 liqalarında 3 futbolçu ardıcıl 9 mövsümdə ən azı 10 qol vurub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 17, 2020 10:58 Asia/Baku
  • Ardıcıl 9 mövsümdə yalnız 3 hücumçu minimum 10 qol vurmağı bacarıb

Avropanın top-5 liqalarında 3 futbolçu ardıcıl 9 mövsümdə ən azı 10 qol vurub.

SəhərAzəri xəbər verir, bunlar Almaniyanın "Bavariya" klubundan Robert Levandovski, İtaliya "Yuventus"undan Kriştianu Ronaldu və "İnter"dən Romelu Lukakudur.

Levandovski Bundesliqanın XII turunda "Volfsburq"a 2:1 hesabı ilə qalib gəldikləri matçda dubl edib. Lukaku A Seriyasının XII turunda "Napoli"ni məğlub etdikləri görüşdə yeganə qolun müəllifi olub.

Levandovski cari mövsüm 11 oyunda 15-ci, Lukaku isə 10-cu qolunu vurub. Ronaldunun da aktivində 8 oyuna 10 qol var.

Qeyd edək ki, İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi cari mövsüm La Liqada 12 oyuna çıxıb və 5 qol vurub. Ona görə də Messinin adı bu siyahıda yer almayıb.