Dek 22, 2020 16:34 Asia/Baku
  • Urmiyyə universitetində xərçəng vaksini düzəldilib

Urmiyyə Uuniversitetinin Biotexnologiya Araşdırmaları İnstitutu tədqiqatçılarının səyləri ilə beyin və döş xərçəngləri vaksini yerliləşdirilib.

SəhərAzəri xəbər verir, Urmiyyə Uuniversitetinin Biotexnologiya Araşdırmaları İnstitutunun tədqiqatçıları Qərbi Asiyada ilk dəfə olaraq beyin və döş xərçəngləri üzrə müalicə vaksinləri düzəltməyə müvəffəq olublar. Dr.Novruz Dalirj bu uğur barədə deyib:  20 ilə yaxındır ki, biotexnologiya sahəsində araşdırma ilə məşğul olaraq, xərçəng hüceyrələri peyvəndləri üzərində işləyirəm. Bu işə başlayarkən həmin hüceyrələrin dünyada istehsal edilməsindən elə bir zaman keçmirdi. Yəni dünyadan altı-yeddi il geri qalırdıq. Hazırda, şükür Allaha, dünya ilə yanaşı addımlayırıq. İstehsal etdiyimiz vaksini xəstənin özündən alır, hüceyrə üzərində dəyişiklik aparır və anti-gen təqdim edən hüceyrələr kimi yenidən xəstəyə geri qaytarırıq ki, bədənin müdafiə sistemini xərçəng qarşısında gücləndirmiş olaq.

Beyin xərçəngi ilə bağlı on-on beş xəstə bu prosesə daxil olub. Onların müalicəni bir-iki il davam etdirə bilmələri üçün şərait yaradılmalıdır. Bu etapları keçə bilən xəstə tamamilə sağalır.

Dalirj əlavə edib: Beyin xərçəngi ilə bağlı on-on beş xəstə bu prosesə daxil olub. Onların müalicəni bir-iki il davam etdirə bilmələri üçün şərait yaradılmalıdır. Bu etapları keçə bilən xəstə tamamilə sağalır.

İnkişaf etmiş beyin xərçəngləri üzərində təsirli olan beyin xərçəngi vaksini ötən üç ildən bəri klinik aşılama mərhələsinə daxil olub və bu mərhələ də uğurla sona çatıbdır.

Dr.Novruz Dalirj qeyd edib: Biz daxil və xaricdə bu xidmətləri göstərməyə hazırıq. Cənubi Afrika və Bağdaddan da müraciət etmək istəyənlər olub.

Ölkədə münasib araşdırma zəminlərinin mövcud olması İranın elmi sahələrdə münasib yerdə qərar tapmasına səbəb olub. Tədqiqatçıların ciddi-cəhdləri və ticariləşdirmə meydanlarına girişlə İranın gələcəkdə daha yüksək pillələrdə durması gözlənilir.

Teqlər