Yan 11, 2021 19:54 Asia/Baku
  • Tehran derbisi sona çatdı; 2-2

Esteghlal və Persepolis futbol komandaları arasındakı oyun cəlbedici bir matç olduğu bir halda 2-2 bərabərliklə nəticələnib.

SəhərAzəri xəbər verir, İranın paytaxtı Tehranın 94-cü derbisi Esteqlal və Persepolis komandaları arasında maraqlı və nəfəs kəsən bir oyunda 2-2 bərabər hesabla sona çatdı və bu nəticə ilə Esteqlal komandası 19 xalla reytinq cədvəlinin ikinci pilləsində qaldı, Persepolis komandası isə 12 xalla cədvəlin 11-ci pilləsindən 8-ci pilləyə yüksəldi.

Oyunda Esteqlalın qollarının müəllifləri ikinci dəqiqədə Ərsəlan Mütəhhəri və əlavə olunmuş vaxtda Mehdi Qaidi olub, Perspolis üçün isə oyunun 51-ci dəqiqəsində Mehdi Əbdi və 65-ci dəqiqədə Vəhid Əmiri vurublar.

Qarşılaşma bazar ertəsi günü Tehrandakı Azadi Stadionunda tamaşaçısız keçirilib və "Rza Kermanşahi" tərəfindən idarə olunub.

Oyun başlamazdan əvvəl hər iki komandanın üzvləri Şəhid Hacı Qasim Süleymani və Şəhid Fəxrizadənin şəkilləri önünə gül budaqları qoyaraq, onlara ehtiramlarını bildiriblər.

Teqlər