Hər oyundan əvvəl Quran oxuyan futbolçu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i372760-hər_oyundan_əvvəl_quran_oxuyan_futbolçu
Almaniya milli komandasının yarımmüdafiəçi Mesut Özil jurnalistlərə verdiyi müsahibədə idman karyerasının əvvəlindən meydançaya dua etmədən çıxmadığını söyləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 01, 2021 14:09 Asia/Baku
  • Hər oyundan əvvəl Quran oxuyan futbolçu

Almaniya milli komandasının yarımmüdafiəçi Mesut Özil jurnalistlərə verdiyi müsahibədə idman karyerasının əvvəlindən meydançaya dua etmədən çıxmadığını söyləyib.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, Almaniya milli komandasının yarımmüdafiəçi deyib: "Mən müsəlmanam, Quran ayələrini oxuyuram. Mən, həmçinin bizi yaradan Allahdan hər kəsin sağlam olmasını, komandamızın müvəffəqiyyətlə çıxış etməsini diləyirəm”, - deyə Özil qeyd edib.

"Deyerler.org"un islam.ru-ya istinadən verdiyi xəbərə görə, futbolçu mətbuat konfransında özünü Fənərbaxçanın bir hissəsi hesab etdiyini və uşaqlıqdan bu klubda oynamaq arzusunda olduğunu söylədi. Futbolçu Türkiyə klubunda 67 nömrəli oyunçu kimi oynayacağnını bildirib. Özil artıq Almaniya millisində fəaliyyətin dayandırmaq niyyətində olduğunu da söyləyib.