Fev 19, 2021 17:37 Asia/Baku
  • Avropa Liqasında yeni rekord qeydə alınıb

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarından sonra yeni rekord qeydə alınıb.

SəhərAzəri xəbər verir, 16 oyunda qapılara ümumilikdə 59 qol vurulub.

Bu, 2009/2010 mövsümündən sonra turnirin pley-offu üçün ən yüksək göstəricidir.

Qeyd edək ki, 1/16 final mərhələsinin iki oyununda 7, daha 2 görüşündə isə 6 qol vurulub.

“Yanq Boyz” İsveçrədə Almaniyanın "Bayer" (Leverkuzen) komandasını, Şotlandiya "Reyncers"i Belçikada "Antverpen"i 4:3 hesabı ilə məğlub edib.

Norveç "Molde"si Almaniya "Hoffenhaym"ı ilə bərabərə qalıb - 3:3. "Olimpiakos" isə Yunanıstanda Niderland PSV-sini 4:2 hesabı ilə məyus edib.

Teqlər